Ancelina Coli və Bred Pittin oğlu Paks kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə "TMZ" məlumat yayıb.
Məlumata görə, o ötən gün Los-Angelesdə qəzaya düşüb. Coli və Pittin oğlu elektrikli velosipedini avtomobilə çırpıb.

Şahidlərin dediyinə görə, Paks omba nahiyəsindəki ağrılardan şikayətlənib. O, həmçinin kəllə-beyin travması alıb və xəstəxanaya aparılıb.
Qeyd edək ki, Paksın vəziyyətinin stabil olduğu bildirilir.
Mehriban Mirzəzadə Demokrat.az


