Gündəm Özəl

“Tarixin ən biabırçı olimpiada oyunlarına Fransa ev sahibliyi edir” — ŞƏRH

“Tarixin ən biabırçı olimpiada oyunlarına Fransa ev sahibliyi edir” — ŞƏRH

Fransa televiziyalarının “Paris-2024” Yay Olimpiya Oyunlarının açılışında Azərbaycana qarşı etdiyi təxribat çox böyük siyasi ayıb, diplomatik qalmaqaldır. Təəssüflər olsun ki, Beynəlxalq Olimpiya Komitəsi elə yerindəcə bu təxribata reaksiya verməli olduğu halda, bunu etmədi.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. O bildirib ki, bu əsla başadüşülən və qəbuledilən bir hal deyil:

“Olimpiadanın ruhu, ümumiyyətlə bütün qlobal idman yarışlarının əsas ruhu odur ki, dövlətlər siyasi maraqlarını, baxışlarını bir kənara qoysunlar və daha yaxşı bəşəriyyət və humanizm naminə idman işığı altında birləşsin. Amma açılış mərasimində Azərbaycan idmançıları Azərbaycan komandası keçərkən Fransa jurnalistlərinin və televiziyalarının Azərbaycana qarşı təxribatçı fikirləri, siyasi bəyanatlar və fikirlər səsləndirməsi görünməmiş bir hadisədir. Bütövlükdə həm bu hadisə, həm də bütün elə olimpiadaya qatılan ölkələrin vurğuladıqları məqamlar göstərir ki, tarixin, bəlkə də ən biabırçı olimpiada oyunlarına Fransa ev sahibliyi edir. Fransanın çox uğursuz şəkildə bu prosesi idarə edə bilməməyi artıq göz önündədir”

Politoloq hesab edir ki, Beynəlxalq Olimpiya Komitəsi bundan sonra daha kəskin addımlar atmalıdır və Fransaya hansısa bir idman və yaxud mədəni yarışlara ev sahibliyi etmək məsələsində artıq heç bir güzəştə getməməlidir:

“Azərbaycan isə əlbəttə ki, təxribatla əlaqədar olaraq lazımi addım atıb və Beynəlxalq Olimpiya Komitəsinə müraciət edib. Baxmayaraq ki, Beynəlxalq Olimpiya Komitəsi hadisə qeydə alınan kimi məsələni həll etmək əvəzinə hələ də bir sükut nümayiş etdirir. Amma hesab edirəm ki, biz bütün vasitələrdən istifadə etmişik. Ümumiyyətlə Fransa kimi neofaşist və neonasist ölkənin hansısa idman yarışlarına və bundan sonra ev sahibliyi etməyi hesab edirəm ki, böyük bir absurd olar və bu məsələdə bütün dünya daha həssas davranmalıdır”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova