"AAF BANK” Açıq Səhmdar Cəmiyyəti tender elan edir.
Tenderin adı: “AFB BANK” ASC tərəfindən şəbəkə avadanlıqlarının satın alınması
Tenderin elan tarixi: 24.07.2024 Tenderin son tarixi: 15.08.2024 Tenderdə iştirakın (yazılı şəkildə) təsdiq edilməsinin son tarixi: 31.07.2024
Qiymət təkliflərinin göndərilməsinin son tarixi: 15.08.2024
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
• tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə) • İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; • İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış • Tender təklifi 15.09.2024 tarixinə kimi qüvvədə olmalıdır;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
• Optimal qiymət təklifi; • Sənədləşmənin tələb olunan qaydada təşkili; • Sifarişin vaxtında və düzgün qaydada icrası; • Oxşar layihələrdəki iştirakı haqqında məlumat; • Şirkətin təqdim edilən vendor üzrə avadanlığın Azərbaycanda qurulması təcrübəsi olmalıdır; • Şirkətin təklif olunan avadanlığ üzrə sertifikasiyadan keçmiş əməkdaşı olmalıdır. • Avadanlıqlar, onları istehsal edən şirkətin sənədləri ilə birlikdə təqdim olunmalıdır. Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak ərizəsini tələb edilən sənədlərlə birlikdə 31.07.2024 tarixinə kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466) ünvanına İlkanə Mütəllimova adına göndərməlidir.
Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və texniki tələblər göndəriləcəkdir. Yaranacaq suallarla bağlı e-mail vasitəsilə (ilkana.mutallimova@afb.az) müraciət edə və yaxud İlkanə Mütəllimova (050 290 58 84) ilə əlaqə saxlaya bilərsiniz.


