Rusiyanın paytaxtı Moskvada Hərbi Kəşfiyyat Xidmətinin (QRU) zabitinə məxsus park vəziyyətində olan avtomobilin altına yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində 2 nəfər yaralanıb.
Demokrat.az xəbr verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi açıqlama verib.
Açıqlamada hadisənin səhər saatlarında baş verdiyi və araşdırmaların başladığı bildirilib.
Rusiya mətbuatı hücumda Rusiya Hərbi Kəşfiyyat Xidmətinin (QRU) zabiti və həyat yoldaşının yaralandığını, ərazidə olan 5 avtomobilin də zədələndiyini qeyd edib.
Əfsanə Rəcəb Demokrat.az


