Gündəm Özəl

“Uşaqlar dərmanları qida zənn edib ağızlarına salırlar” — İki yaşlı körpə zəhərləndi

“Uşaqlar dərmanları qida zənn edib ağızlarına salırlar” — İki yaşlı körpə zəhərləndi

Xəbər verdiyimiz kimi, Qax rayonunda iki yaşlı körpə dərmandan zəhərlənib. Yaşadığı evdə nəzarətsiz qalan 2022-ci il təvəllüdlü A.Nemətzadə qəbzlik əleyhinə dərmanları içib. Zəhərlənən körpə xəstəxanaya yerləşdirilib.

Evdə valideynləri ilə birlikdə olan azyaşlılar da təhlükəli hallarla üzləşə bilirlər. Uşaqları baş verə biləcək təhlükələrdən qorumaq üçün bəzi qaydaları bilməkdə fayda var.

Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev Demokrat.az-a açıqlamasında deyib ki, evdəki dərmanlar mütləq şəkildə tibb çantasında saxlanmalıdır:

“Uşaqlar dərmanları qida zənn edib ağızlarına salırlar” — İki yaşlı körpə zəhərləndi

“Çox vaxt dərmanlar uşaqlar üçün əlçatan yerlərdə saxlanılır, bu, yolverilməzdir. Tibb çantasının özü də etibarlı, uşaqların əlinin çatmayacağı yerdə saxlanmalıdır. Uşaqlar dərman preparatlarını qida zənn edib ağızlarına salırlar. Bu da zəhərlənmələrə gətirib çıxarır, uşaqların həyat və sağlamlığı üçün ciddi təhlükə deməkdir. Yaxşı olar ki, dərmanlar dolabın ən hündür gözünə qoyulsun və qapısı da uşağın açması mümkün olmayacaq şəkildə bağlansın, qapıya kilid də taxmaq olar. Həmçinin uşaqların gözü önündə dərmanları qəbul etmək tövsiyə deyil. Termometrlər də uşağın əlinə düşməməlidir, çünki yerə düşərsə, içindəki civə ətrafa yayılıb ölümə səbəb ola bilər. Dərmanları atarkən də yaxşı olar ki, xüsusi şəkildə qablaşdırılsın, bükülsün. Açıq şəkildə atılarsa, sonradan digər canlılar – quşlar, itlər, pişiklər üçün təhlükəli ola bilər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova