"Yuventus"un və İtaliya millisinin keçmiş futbolçusu Klaudio Markizio karyerasını başa vurub.
Demokrat.az-ın məlumatına görə, yarımmüdfaiəçi səhhətində yaranmış problemlərlə əlaqədar bu addımı atıb. Qərb mətbuatında oyunçunun vəziyyətinin yaxşı olmadığı bildirilir.
İtaliyalının son klubu Sankt-Peterburqun "Zenit" klubu idi. O, karyerası ərzində 7 dəfə İtaliya çempionu olub, 3 dəfə ölkə kubokunu və 4 dəfə isə Superkuboku başı üzərinə qaldırıb.