Mədəniyyət

Hacı İsmayılov sədr SEÇİLDİ

Hacı İsmayılov sədr SEÇİLDİ

Azərbaycan Teatr Xadimləri İttifaqının yeni sədri seçilib.

Demokrat.az xəbər verir ki, bu vəzifə Xalq artisti Hacı İsmayılova həvalə olunub.

Bu barədə Azərbaycan Teatr Xadimləri İttifaqının bu gün keçirilən XV konfransında qərar qəbul olunub.

Xatırladaq ki, ittifaqın əvvəlki sədri Azər Paşa Nemətov 2023-cü il aprelin 9-da vəfat edib. Onun səlahiyyətlərini Hacı İsmayılov icra edirdi.

NE
Nihadə Eyyubova