Gündəm Özəl

"Paşinyanın Prezident İlham Əliyevlə danışığının baş tutmaması..."

Paşinyanın Prezident İlham Əliyevlə danışığının baş tutmaması...

Avropanın siyasi birliyinin toplantısı üçün Azərbaycan prezidenti Böyük Britaniyaya səfər edib.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Tural İsmayılov bir sıra beynəlxalq, siyasi müzakirələrin olduğunu bildirib:

“Toplantı çərçivəsində Azərbaycanla Ermənistan arasındakı münasibətlər və bundan sonrakı məsələlərə toxunulub deyə düşünürəm. Və təbii ki, Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı həm də Azərbaycanın bir çox qlobal təşəbbüslərə rəhbərlik etdiyini növbəti dəfə göstərir. Çünki Azərbaycanın bu gün beynəlxalq səviyyədə neomüstəmləkəçilik, yaşıl dünya və s. çağırışları bu gün beynəlxalq platformalarda diqqətə səbəb olur. Bu konteksdə cənab Prezidentin buradakı təkbətək bir sıra vacib görüşlərdə Azərbaycanın mövqelərini növbəti dəfə ifadə etdiyini görürük.

Paşinyanın Prezident İlham Əliyevlə danışığının baş tutmaması baş nazirin sülh müqaviləsindən yayındığının bariz nümunəsidir.”

Şahanə Demokrat.az

NE
Nihadə Eyyubova