Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin katibi, “525-ci qəzeti”in baş redaktoru Rəşad Məcid 13-cü dəfədir azad Şuşaya gedir.
Demokrat.az xəbər verir ki, Rəşad Məcid 17-19 iyul tarixlərində Şuşa şəhərində keçiriləcək növbəti Vaqif Poeziya Günlərində iştirak edəcək.
Rəşad Məcid səfər ilə bağlı açıqlamasında bildirib ki, artıq 13-cü dəfədir azad Şuşaya gedirəm:
“İlk dəfə 2021-ci ilin mayın 12-də "Xarıbülbül" beynəlxalq musiqifestivalına getmişdim. Ondan sonra həm "Xarıbülbül", həm Vaqif poeziya günlərində iştirak etmişəm. Keçən il dekabrın 21-də Xankəndində “Qarabağ” - MOİK matçına getdim. Bu gün yenə Vaqif Poeziya Günləri başlayır. Artıq 13-cü dəfədir ki, azad Şuşaya gedirəm. Daha sonra Bakıya qayıdıb yenidən həftəsonu Mətbuat Günündə Qlobal Media Forumuna gedəcəm. O da say olaraq 14-cü gedişim olacaq”.
Qeyd edək ki, 17-19 iyul tarixlərində Şuşa şəhərində baş tutacaq Vaqif Poeziya Günləri Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) iştirakı ilə keçirilir. Poeziya bayramına rəsmilər, ədəbiyyat, mədəniyyət və elm xadimləri, habelə AYB-nin 90 illik yubileyi münasibətilə ölkəmizdə səfərdə olan türk respublikalarından şair və yazıçılar qatılacaqlar.
Əfsanə Rəcəb Demokrat.az


