Dünya Özəl

Netanyahu Həmas Qəzza razılaşması planındakı dəyişikliyi rədd etdi

Netanyahu Həmas Qəzza razılaşması planındakı dəyişikliyi rədd etdi

Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağındakı vəziyyəti həll etmək üçün ABŞ prezidenti Co Baydenin dəstəklədiyi razılaşma planına 29 dəyişiklik istəsə də, İsrailin baş naziri Benyamin Netanyahu bunların hamısından imtina edib.

Demokrat.az xəbər verir ki, bu barədə TASS müxbirinə İsrail hökuməti başçısının ofisinin müşaviri Dmitri Gendelman bildirib.

"Həmas Baydenin təqdim etdiyi plana 29 dəyişiklik etməyə çalışdı, Netanyahu bu dəyişiklikləri rədd etdi",- deyə o qeyd edib.

“İsrail Prezident Bayden tərəfindən dəstəklənən plandan bir millimetr də kənara çıxmadı, xüsusən də İsrail tərəfi şərtlərin heç birini nə əlavə etdi, nə də çıxardı. İsrail də HƏMAS-ın planında hər hansı dəyişikliyə icazə verməyəcək”, – deyə müşavir əlavə edib.

O hesab edir ki, növbəti addım HƏMAS-ın ABŞ-ın dəstəklədiyi razılaşmanın şərtlərini qəbul etməsi olmalıdır:

“Bura İsrailin bütün məqsədlərinə nail olunana qədər müharibəni davam etdirmək hüququ, Sina yarımadasından silah qaçaqmalçılığının qarşısının alınması, sazişin birinci mərhələsində mümkün qədər çox canlı girovun qaytarılması və müharibənin geri qaytarılmasının qarşısının alınması daxildir”, - deyə Gendelman qeyd edib.

Şahanə Demokrat.az

NE
Nihadə Eyyubova