Bu ilin yanvar-iyun aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2459.4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.9% artıb.
Bu barədə Demokrat.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında ağ neft istehsalı 10.2%, neft bitumu istehsalı 3.3%, avtomobil benzininin istehsalı 2.1% artıb, mazut istehsalı isə 75% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
| Məhsul növləri | 2024-cü ilin yanvar-iyun aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.07.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
| Avtomobil benzini, min ton | 715,3 | 102,1 | 26,0 |
| Ağ neft, min ton | 312,2 | 110,2 | 46,0 |
| Qazoyllar (dizel yanacağı), min ton | 1157,8 | 100,3 | 98,7 |
| Mazut, min ton | 1,0 | 25,0 | 1,0 |
| Sürtkü yağları, min ton | 32,8 | 104,8 | 6,5 |
| Maye qazlar, min ton | 93,7 | 76,7 | 1,9 |
| Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton | 548,5 | 103,3 | 50,6 |
| ondan: | |||
| neft bitumu, min ton | 115,0 | 103,3 | 7,2 |
| neft koksu, min ton | 111,1 | 88,5 | 37,8 |


