Dünya Özəl

“Pinqvin” və “Yumurta” qalaktikaları bir-birinə qarışdı

“Pinqvin” və “Yumurta” qalaktikaları bir-birinə qarışdı

ABŞ Aeronavtika və Kosmik Agentliyinin (NASA) Avropa Kosmik Agentliyi (ESA) və Kanada Kosmik Agentliyi (CSA) ilə əməkdaşlığının məhsulu olan James Webb Kosmik Teleskopu 326 milyon işıq ili uzaqlıqda mavi ulduz və qazla əhatə olunmuş iki qalaktikanın şəklini çəkib.

Demokrat.az xəbər verir ki, teleskopun ilk tam rəngli fotoşəkillərinin ikinci ildönümündə "Pinqvin NGC 2936" və "Yumurta NGC 2937" adlı iki qalaktika bir-birinə qarışmış görünür.

NASA-nın məlumatına görə, “Pinqvin NGC 2936” və “Yumurta NGC 2937” adlı qonşu qalaktikalar on milyonlarla ildir bir-birinə qarışıb.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova