Hadisə

Tovuzda avtomobil qəzası: ata və oğlu xəsarət alıb

Tovuzda avtomobil qəzası: ata və oğlu xəsarət alıb

Tovuz şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1971-ci il təvəllüdlü Etibar Mehdizadə və onun oğlu, 2000-ci il təvəllüdlü Sərdar Mehdizadə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)

NE
Nihadə Eyyubova