İsrail ordusuna aid döyüş təyyarələri Livanın paytaxtı Beyrut səmasında Hizbullah Hərəkatının baş katibi Həsən Nəsrullah çıxış edərkən səs baryerini aşaraq səs-küy yaradıb.
Demokrat.az xəbər verir ki, digər tərəfdən Hizbullah Hərəkatı İsrailin işğal etdiyi Qolan Təpələrindəki hərbi bazanın Katyuşa raketləri ilə hədəf alındığını açıqlayıb.
Açıqlamada İsrailin Qolan Təpələrindəki Ez-Zaura Hərbi Bazasının onlarla Katyuşa raketi ilə vurulduğu bildirilib.
Əfsanə Rəcəb Demokrat.az


