Daxili siyasət

Abid Şərifov: “Bütün qoca deputatlara cansağlığı arzu edirəm”

Abid Şərifov: “Bütün qoca deputatlara cansağlığı arzu edirəm”

“Qarşıdan gələn növbədənkənar Parlament seçkilərində iştirak edəcək hamıya uğurlar arzu edirəm. Mən indikiləri tanımıram, köhnələrdən bəzilərini tanıyıram”.

Bu sözləri Manset.az-a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov bildirib.

O, açıqlamasında anadan olduğu Şəki rayonundan olan deputatları tanımadığını bildirib:

“İstərdim ki, parlamentdə təmsil olunacaq deputatlar professional, insanlara ürəyi yanan, iş bilən olsun. Şəkidə 2-3 gün qaldım, gəldim. Vallah orda deputatları tanıyan yoxdur. Təkcə Cavanşiri tanıyıram, ona heç bir söhbət yoxdur. Amma o biriləri tanımıram. Təzə bir-iki nəfər var, onların da adı heç bir dəftərdə yoxdur. Qocalara gəldikdə isə mən o barədə heç nə deyə bilməyəcəm. Bütün qoca deputatlara can sağlığı arzu edirəm”.

D
demokrat.az