Dünya Özəl

Bayden “Mübarizəyə davam et” deyən şəxsə belə cavab verdi

Bayden “Mübarizəyə davam et” deyən şəxsə belə cavab verdi

Qəribə hərəkətləri və maraqlı çıxışları ilə tez-tez müzakirə olunan ABŞ prezidenti Co Bayden iyulun 4-ü Ağ Evdə keçirilən tədbirdə ona “mübarizəni davam et” deyə səslənən şəxsə “Heç yerə getmirəm” cavabını verib.

Demokrat.az xəbər verir ki, Bayden dünən yerli radio proqramlarında və 4 iyul Müstəqillik Günü tədbirləri zamanı verdiyi açıqlamalarda CNN-in canlı yayımındakı performansının pis olduğunu etiraf edib, lakin seçicilərdən onu "son üç il yarıma görə mühakimə etmələrini" istəyib.

Radio proqramı zamanı prezidentlik dövründəki uğurlarından danışan Bayden, “Mən qaradərili qadını vitse-prezidentim seçdim. Ali Məhkəmənin hakimi vəzifəsinə ilk dəfə qaradərili qadın təyin etdim... Amerika tarixində ABŞ-ın bütün digər prezidentlərindən daha çox qaradərili hakim, daha çox qaradərili qadın hakim təyin etdim" deyib.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova