Hadisə

“Stansiya Sumqayıt”da binadakı yanğın SÖNDÜRÜLDÜ — 25 nəfər təxliyə edildi

“Stansiya Sumqayıt”da binadakı yanğın SÖNDÜRÜLDÜ — 25 nəfər təxliyə edildi

Sumqayıt şəhəri, stansiya Sumqayıt adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

Demokrat.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı 25 bina sakini təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunub.

NE
Nihadə Eyyubova