Hadisə

Gəncədə 45 yaşlı qadın qətlə yetirildi

Gəncədə 45 yaşlı qadın qətlə yetirildi

Gəncədə 45 yaşlı qadın qətlə yetirilib.

Bu barədə Demokrat.az -a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çox saylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsici-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.

Hadisəni qısqanclıq zəmnində törətməkdə şübhəli bilinən, 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

NE
Nihadə Eyyubova