Kriminal

Şəmkirdə polis narkotiklərin satışında təqsirləndirilən şəxsi saxlayıb

Şəmkirdə polis narkotiklərin satışında təqsirləndirilən şəxsi saxlayıb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı rayon sakini Samir Hüseynov saxlanılıb.

Bu barədə Demokrat.az-aDaxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, S.Hüseynovun üzərindən və rayon ərazisindəki tikilidən 4 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

NE
Nihadə Eyyubova