Qurban bayramı ilə əlaqədar tətilin sonuncu günü Bakının bəzi yollarında sıxlıq yaranıb.
Bu barədə Demokrat.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Hal-hazırda yollardakı vəziyyət:
1. Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində; 2. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft"dairəsi istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən, hər iki istiqamətdə; 6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən, hər iki istiqamətdə; 8. Aeroport şosesi, hava limanı istiqamətində; 9. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində; 10. Bül-Bül prospekti, "Sahil" m/st-nın qarşısında; 11. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə sıxlıq müşahidə olunur.


