Maraqlı

Nazir müavini olmuş professor bulvarda oxudu - VİDEO

Nazir müavini olmuş professor bulvarda oxudu - VİDEO

Təhsil nazirinin müavini vəzifəsində çalışmış İradə Hüseynova Dənizkənarı Milli Parkda mahnı ifa edib və Yutub kanalına yerləşdirib.

Demokrat.az Kult.az-a istinadən xəbər verir ki, İ.Hüseynova Bulvarda “Al məndən gülüşlərini” bəstəsini ifa edib.

Qeyd edək ki, İradə Mehtiqulu qızı Hüseynova 2002-2011-ci illərdə təhsil nazirinin müavini vəzifəsini icra edib.

Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, “Erməni araşdırmaları” elmi-tədqiqat laboratoriyasının rəhbəri, tarix elmləri doktoru, professordur.

D
demokrat.az