Hadisə

"Qırılan liftdə səkkiz yox, 12 nəfər olub" — VİDEO

Qırılan liftdə səkkiz yox, 12 nəfər olub — VİDEO

Ötən gün Bakıda "Şərur" MTK yaşayış kompleksində liftin qırılmasının bəzi təfərrüatı məlum olub.

Belə ki sakinlər qırılan liftdə 12 nəfərin olduğunu bildiriblər:

"Bir dənə lift işləyir, insanlar sanki marşrut gözləyirlər. Burada həmişə belə problemlər yaşanır. Köhnə liftdir, heç maraqlanmırlar".

Qeyd edək ki, ötən gün saat 22:00-da Xətai rayonu "Həzi Aslanov" stansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən "Şərur" MTK yaşayış kompleksində lift qırılıb.

Ətraflı Baku TV-nin süjetində:

D
demokrat.az