“Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətli tarixlərdən biridir. 90-cı illərdə ölkədəki xaotik durumdan və ərazilərin parçalanmasından qurtulma prosesində bu günün önəmli yeri var”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O qeyd edib ki, 15 iyun tarixi özündə bir sıra vacib məqamları birləşdirir:
“15 iyun Ulu öndər Heydər Əliyevin Naxçıvandan gəlib Bakıda Ali Məclisin sədri seçilməsi, cəmiyyətin dayaq resurslarını toplaması, dövlətin sütunlarının qorunub saxlanması və qiyamın qarşısının alınması ilə müşayiət olunan bir tarixdir. Neft sazişlərinin imzalanması, atəşkəs elan olunması, Qarabağın de-yure Azərbaycandan qoparılmasının qarşısının alınması və digər proseslərin təməli məhz bu günün üzərində quruldu. Ona görə də bu günü tarixi hadisə hesab etmək olar. Azərbaycan xalqı da bu günü bu aspektdə qiymətləndirir. Milli Qurtuluş Günü Azərbaycan xalqının Qarabağda 44 günlük Vətən müharibəsindəki qələbəsinin də əsasını təşkil edir”.
Törə Zeynallı Demokrat.az


