Gündəm Özəl

"Şəhərdəki pandusların əksəriyyəti görüntü üçündür" — İRAD

Şəhərdəki pandusların əksəriyyəti görüntü üçündür — İRAD

Paytaxt Bakı gündən-günə inkişaf edir. Şəhərin nəqliyyat infrastrukturu yenilənir, ekoloji təmiz nəqliyyat növlərindən istifadə əhali arasında təşviq edilir. Bunun üçün avtobus zolaqları, velosiped xətləri çəkilir, ölkəyə elektriklə çalışan nəqliyyat vasitələri gətirilir. Lakin həllini tapmayan bir problem var ki, bu da fiziki məhdudiyyətli insanlar üçün şəhərdə mobilliyin təmin edilməsidir. Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında məsələyə münasibətini bildirib:

Şəhərdəki pandusların əksəriyyəti görüntü üçündür — İRAD
“Çox təəssüf ki, bu gün ölkəmizdə əhali sayının beş faizdən çoxunu təşkil edən fiziki məhdudiyyətli insanlar üçün şəhərdə hərəkət etmək çətindir. Əlil arabasından istifadə edən insanlar şəhərdə hərəkət etməyə çətinlik çəkirlər. Pandusların ürəkaçan səviyyədə olmaması, səkilərin olmaması, piyada səkilərinin yerinə velosiped zolaqlarının çəkilməsi, bunlarla yanaşı kuryer xidmətlərində istifadə olunan elektroskuterlərin piyada səkiləri ilə hərəkət etməsi inklüzivliyə böyük ziyan vurur. Baxmayaraq ki, Bakının müxtəlif küçələrində hər ay müəyyən təmir və yenidənqurma işləri aparılır, amma əlilliyi olan şəxslər nədənsə nəzərə alınmır. Bu problemin həlli ilə Nəqliyyat Nazirliyi məşğul olmalıdır. Nazirlik ümumiyyətlə bu insanların hərəkət şəraitinin yaxşılaşdırılması üçün iş görməyi planlayırmı? Təəssüf ki, şəhərdəki pandusların əksəriyyəti görüntü üçündür, onlarla əlil arabası ilə hərəkət etmək mümkün deyil. Bunu hamı bilir. Amma bununla bağlı bir iş görülmür. Heç eşitməmişəm ki, hansısa qurum əlil arabalarının rahat hərəkəti üçün hansısa işlər görsün və ya layihə hazırlasın”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova