Marsın ekvator vulkanlarının üstündə böyük ölçüdə donmuş su aşkar edilib.
Demokrat.az xəbər verir ki, bu barədə “BBC Sky at Night” məlumat yayıb.
Bildirilib ki, Marsın orbitində hərəkət edən iki kosmik gəmi donmuş su aşkar edib.
Sözügüdən kosmik gəmilərin Avropa Kosmik Agentliyinə məxsus “ExoMars” və “Mars Expres” olduğu vurğulanıb.
Tapılan buz insan saçının qalınlığı qədər olsa da, çox böyük bir ərazini əhatə edir.
Bu, Marsda soyuq mövsümlərdə təxminən 150 min ton suyun donması və buxarlanması deməkdir.
Aysu Demokrat.az


