Gündəm Özəl

Qurban ətini paylayarkən hansı məqamlara diqqət edilməlidir? — Qida mütəxəssisi açıqladı

Qurban ətini paylayarkən hansı məqamlara diqqət edilməlidir? — Qida mütəxəssisi açıqladı

Qurban bayramı yaxınlaşır. Qurban kəsmək niyyətində olan insanlar çox vaxt ətin İslam dininə uyğun kəsilmə qaydalarından xəbərdar olsalar da düzgün saxlanma qaydalarını bilmirlər. Qida mütəxəssisi Ağa Salamov Demokrat.az-a açıqlamasında deyib ki, kəsim yerləri sanitar normativlərə riayət etməlidir:

Qurban ətini paylayarkən hansı məqamlara diqqət edilməlidir? — Qida mütəxəssisi açıqladı

“Əti kəsdikdən sonra onu hissələrə doğrayıb polietilen torbalara qoyurlar. Ət saatlarla onun içində qalaraq mikrobioloji çirklənməyə məruz qalır. Ət kəsilən kimi 1-2 saat içində paylanmalıdır. Çalışmaq lazımdır ki, ət polietilen torbaya qoyulsa da sərin temperaturda saxlanılsın, yəni ət boğulmasın. Torbanın ağzı açıq qalanda da hava-damcı yolu ilə bakteriyalar yığılacaq ətə, ona görə də əti sərin yerdə saxlamaq lazımdır. Çox vaxt əti kəsəndən sonra gətirib soyuducuda gözlədib səhər və ya axşam paylayırlar. Ət üst-üstə yığılır, bu zaman da arada istilik qalır və bakteriyaların yaranması üçün əlverişli mühit formalaşır. Qurban əti kəsilən kimi paylanması daha məqəsədəuyğundur, nəinki saatlarla maşında, evdə saxlamaq. İribuynuzlular 24 saat, xırdabuynuzlular 12 saat müddətində 2-4 dərəcə soyuducu temperaturunda gözlədildikdən sonra istehlak olunmalıdır. Elmi araşdırmaya görə həmin müddətdə ət riqor mortis halında olur. Riqor mortis halında olan əti yemək olmaz, ət ölüm sərtliyindən çıxmalıdır. Ətin emal və bişirilmə prosesi iki saat çəkməlidir. Yəni iki saat ərzində bişirilib süfrəyə verilməlidir.Bu, zəhərlənmə riskinin qarşısını alır. Çünki havalar çox istidir, otaq temperaturunda qalan ət məhsulları mikrobioloji çirklənməyə məruz qalaraq sağlamlığa təhlükə yarada bilər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova