Türkiyənin Ardahan vilayətində 3,8 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə “AFAD” məlumat yayıb.
Bildirilib ki, zəlzələ Ardahan vilayətinin Gürcüstan sərhəddində qeydə alınıb.
Həmçinin, Gürcüstanın Posof-Oni, Raça-Leçxumi-Kvemo Svaneti ərazilərində hiss olunub.
Səhər saatlarında baş verən zəlzələnin dərinliyi 10.38 kilometr olub.
Qeyd edək ki, yeraltı təkanlar dağıntı və ya itki hadisəsinə yol açmayıb.
Aysu Demokrat.az


