Dünya Özəl

Dəhşətli istilər nəticəsində minik avtomobili yanaraq külə döndü

Dəhşətli istilər nəticəsində minik avtomobili yanaraq külə döndü

Türkiyənin Adana vilayətində minik avtomobili anidən yanaraq külə dönüb.

Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, yanğına səbəb havanın həddindən artıq isti olması olub.

Ətrafdakı vətəndaşların xəbərdarlığı ilə əraziyə yanğınsöndürmə qrupları cəlb olunub.

Yanğın söndürülsə də, maşın yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, bu gün sözügedən bölgədə havanın temperaturu 43 dərəcəyə yüksəlib.

Aysu Demokrat.az

D
demokrat.az