Hindistanda son həftələrdə isti hava şəraiti səbəbindən 81 nəfər həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, Odişa ştatında istidən 30 nəfər ölüb, Uttar Pradeş ştatında isə iyunun 2-də 33 seçki məmuru öz vəzifələrini icra edərkən həlak olub.
Bundan başqa, Biharda 6, Racastanda isə 12 nəfər ölüb.
Ən yüksək temperatur isə mayın 29-da paytaxt Yeni Dehlidə 52,9 dərəcə ilə qeydə alınıb.
Aysu Demokrat.az


