Hadisə

Bakıda dəhşət: Özünü 16-cı mərtəbədən atdı, başqasının üzərinə düşdü

Bakıda dəhşət: Özünü 16-cı mərtəbədən atdı, başqasının üzərinə düşdü

Bakının Nizami rayonu ərazisində 23 yaşlı gənc intihar edib.

Demokrat.azxəbər verir ki, Orucov Yaftum adlı şəxs özünü yaşadığı binanın 16-cı mərtəbəsindən atıb.

Bu zaman o, həyətdə 1972-ci il təvəllüdlü Məmiyev Namiq Abı oğlunun üzərinə düşüb. Hər iki şəxsin hadisə yerində öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az