Ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetində SABAH qruplarında təhsilhaqqı xərclərindən azad olunacaqlar.
Demokrat.azxəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar bunlardır:
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi; 2. İbtidai sinif müəllimliyi; 3. Riyaziyyat müəllimliyi; 4. Xarici dil müəllimliyi (ingilis dili); 5. Hüquqşünaslıq; 6. Beynəlxalq münasibətlər; 7. Maliyyə; 8. Mühasibat.
Qarabağ Universitetinin SABAH qruplarının üstünlükləri bunlardır:
1. Qarabağ Universitetinin ilk tələbəsi olmaq; 2. Ödənişsiz təhsil; 3. Ödənişsiz yataqxana; 4. Hər bir tələbəyə təqaüd, yüksək bal toplayanlara əlavə təqaüd; 5. Hər bir tələbəyə kompüter; 6. Müasir maddi-texniki bazası olan universitet kampusu; 7. Yeni məzmunlu təhsil proqramları; 8. Peşəkar yerli və əcnəbi professor-müəllim heyəti; 9. Beynəlxalq, yerli ikili diplom və mübadilə proqramları; 10. Elmi-tədqiqat və startap layihələrinin dəstəklənməsi.


