"COP 29 kimi nəhəng tədbirin Azərbaycanda keçirilməsi özlüyündə beynəlxalq birliyin ölkəmizə inamından irəli gəlir. İkinci məsələ budur ki iqlim dəyişikliyi dünyanı narahat edən qlobal problem olaraq ortaya çıxıb artıq. Və Azərbaycanın bu məsələdə təşəbbüs irəli sürməsi, dünya ölkələri arasında siyasi münasibətlərin nizama salınması istiqamətində addın atması da siyasi proseslərin sürətlənməsinə təkan verir".
Bunu Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, Azərbaycanın COP 29-a rəhbərlik etməsi, həm Azərbaycanın uğurudur, həm də beynəlxalq birliyin uğurudur.

Bu cür möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi, təsadüfu hal kimi dəyərləndirilə bilməz. Nəzərə almalıyıq ki, bu, dünya birliyinin, beynəlxalq aləmin Azərbaycana etimadından irəli gəlir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirdi ki, biz COP 29 öncəsi bütün dünya ölkələrinə müraciət edəcəyik ki dünyadakı bütün münaqişələr dayandırılsın. Bu o deməkdir ki dünya ölkələri beynəlxalq arenada siyasi dialoq qurmaq imkanına malik olacaqlar. Azərbaycan münaqişələrin dayandırılması üçün dünyaya çağırış edəcək. Belə şəraitdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin ən azından çərçivə sazişi də imzalana bilər.
Törə Zeynallı Demokrat.az


