Türkiyəli məşhur aktyor Əhməd Uğurlu 71 yaşında dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, aktyorun ölüm xəbərini həmkarı Zəfər Algöz açıqlayıb.
Açıqlamaya görə, sənətçi uzun müddət davam edən xərçəng xəstəliyindən sonra həyata gözlərini yumub.
Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu başsağlığı mesajı yayımlayıb.
Bundan əlavə, Cem Yılmaz da daxil olmaqla bir çox aktyor sənətçinin ailəsinə başsağlığı verib.
Qeyd edək ki, Ahmet Uğurlu aktyor Mustafa Uğurlunun böyük qardaşıdır.
Aysu Demokrat.az


