Sosial Özəl

“Nikah yaşına çatmayan şəxslərə din xadimləri tərəfindən kəbin kəsilir” — İlahiyyatçıdan ŞOK AÇIQLAMA

“Nikah yaşına çatmayan şəxslərə din xadimləri tərəfindən kəbin kəsilir” — İlahiyyatçıdan ŞOK AÇIQLAMA

“Nikah yaşına çatmayan şəxslərə dini kəbinin kəsilməsi qadağan edilərsə, erkən nikahların sayı azalar. Bu problem daha çox bölgələrdə yaşanır. Qanuni nikah yaşına çatmayan şəxslərə din xadimləri tərəfindən kəbin kəsilir”.

Bunu Demokrat.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

O qeyd edib ki, erkən nikah boşanmalarla nəticələnə bilir:

“Ən əsası isə qızlar təhsildən yayınır. Dinimizin tövsiyəsi də budur ki, hər bir insanın mənəvi kamilliyi və fizioloji cəhətdən həddi-buluğa çatması hər coğrafiyaya görə dəyişir. Biz orta əsrlər qaydalarına uyğun olaraq Ərəbistan səhralarında olan həddi-büluğ yaşını öz ölkəmizdə tətbiq edə bilmərik. Bu, şimalda başqa, cənubda başqadır.

Din xadimləri dində göstərilən nikah yaşını əsas gətirərək azyaşlılara kəbin kəsilməsini məqbul hesab edir. Dini kəbin deyə bir anlayış yoxdur əslində. Dövlət nikahı və kəbin mahiyyətcə eynidir.

O dövrdə dövlət qurumlarının işini qazılar görüb dini idarəçilik formasına uyğun olaraq. İndi isə dövlət nikahı dini kəbini əvəz edir. Kimlərsə, inanclarına uyğun olaraq dini kəbin adlandırılan kəbini kəsdirə bilər, hansı ki, kəbin, nikah özü elə dini terminlərdir, evliliyi sübut edir”.

“Nikah yaşına çatmayan şəxslərə din xadimləri tərəfindən kəbin kəsilir” — İlahiyyatçıdan ŞOK AÇIQLAMA
T.İrfanın sözlərinə görə, bəzi yerlərdə din xadimləri nikah yaşına çatmayan şəxslərə kəbin kəsirlər:

“Sonra da bir çox ailələrin bədbəxt olmasına səbəb olurlar. Kəbini elə qurum kəsməlidir ki, ailələrin sonrakı məsələlərinə də cavabdehlik daşımış olsun, yəni problemlərin həllində də rolu olsun.

Şübhəsiz ki, bu gün boşanmalar zamanı yaranan problemləri dövlətin aidiyyəti qurumları, məhkəmələr həll edir. Deməli, nikah yalnız dövlət tərəfindən bağlanmalıdır. Molla kəbini, dini kəbin hər hansı bir hüquqi mahiyyət daşımır”.

Qeyd edək ki, nikah yaşına çatmayan şəxslərə dini kəbinin kəsilməsi qadağan edilə bilər. Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva məlumat verib.

O, uşaq hüquqları ilə bağlı yeni hazırlanan qanunda bu kimi bir çox önəmli məqamların yer alacağını bildirib.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az