Hadisə Özəl

Pakistanda sərnişin avtobusu aşdı — Onlarla ölən var...

Pakistanda sərnişin avtobusu aşdı — Onlarla ölən var...

Pakistanın cənub-qərbində sərnişin avtobusu idarəetmədən çıxaraq dərəyə aşıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində azı 28 nəfər ölüb, 20 nəfər yaralanıb.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyətinin ağır olduğu öyrənilib.

Baş nazir Şahbaz Şərif qəza ilə bağlı verdiyi açıqlamada insan itkisindən kədərləndiyini bildirib.

O, yaralılara lazımi müalicənin göstəriləcəyini qeyd edib.

Xatırladaq ki, mayın 3-də ölkənin Gilgit Baltistan bölgəsində oxşar qəza nəticəsində 20 nəfər ölüb, 30 nəfər yaralanıb.

Aysu Demokrat.az

D
demokrat.az