İspaniya keçən ay elan etdiyi 1,13 milyard avroluq silah paketinin bir hissəsi olaraq Ukraynaya Patriot raketləri və Leopard tankları göndərməyə hazırlaşır.
Demokrat.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.
Məlumata görə, Ukraynaya 12 “Patriot” zenit raketi, 19 ikinci əl Almaniya istehsalı “Leopard 2A4” tankı və İspan istehsalı olan digər silahlar göndəriləcək.
Bildirilib ki, yeni silah tədarükü Ukrayna prezidenti Vladimir Zelenskinin bazar ertəsi Madridə rəsmi səfəri zamanı elan olunacaq və o, baş nazir Pedro Sançes ilə görüşəcək.
Aysu Demokrat.az


