Xarici siyasət

"Əminəm ki, Azərbaycanla əlaqələrimiz gələcəkdə də inkişaf edəcək" — İsxak Hersoq

Əminəm ki, Azərbaycanla əlaqələrimiz gələcəkdə də inkişaf edəcək — İsxak Hersoq

“İqtisadi, siyasi, təhlükəsizlik sahələrində ikitərəfli dialoqumuz və əməkdaşlığımız yeni zirvələrə yüksəlib və əminəm ki, bu əlaqələrimiz gələcəkdə də inkişaf edəcəkdir”.

Demokrat.azxəbər verir ki, bu fikirləri İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubunda bildirib.

“İsraildə xeyli sayda Azərbaycan yəhudiləri yaşayır və bizim cəmiyyətimizin bu şərəfli üzvləri xalqlarımızı birləşdirən canlı körpü rolunu oynayır”, - məktubda vurğulanıb.

D
demokrat.az