Sosial

Türkdilli dövlətlərin elm və təhsil nazirlərinin Şuşada iclası keçiriləcək

Türkdilli dövlətlərin elm və təhsil nazirlərinin Şuşada iclası keçiriləcək

İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası və Türk Akademiyasının Elmi Şurasının VII İclası keçiriləcək.

Elm və Təhsil Nazirliyindən Demokrat.az-a verilən xəbərə görə, iclaslarda Türk Dövlətləri Təşkilatı, həmçinin Türk Akademiyasına üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər.

Tədbirlər zamanı ölkələr arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

D
demokrat.az