Hadisə

Xırdalanda motosiklet avtomobillə toqquşub

Xırdalanda motosiklet avtomobillə toqquşub

Abşeron rayonunda 5 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, motosiklet qarşı tərəfdən gələn minik avtomobililə toqquşub. Avtomobildə olan sərnişin 2019-cu il təvəllüdlü M.Quliyev xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az