“Üç il ərzində belə şəraitin yaradılması bizə möcüzə kimi görünür. Bunu yalnız Azərbaycan Prezidenti İlham Əliyev, dövlətimiz edə bilərdi”.
Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Laçın sakini Tofiq Zülfüqarov deyib.
O bildirib ki, bütün laçınlılar bu günü səbirsizliklə gözləyirdilər: “Başda dövlətimizin başçısı olmaqla, bu işləri görən hər kəsə minnətdarlığımızı bildiririk. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bu günlərə görə Ali Baş Komandanımıza, şəhidlərə borcluyuq”.


