Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukrayna üçün istifadəsini təsdiqləyib.
Demokrat.az xəbər verir ki, bu barədə Aİ Şurası açıqlama yayıb.
Bildirilib ki, dondurulmuş aktivlərdən əldə edilən gəlir Ukraynanın müdafiəsi və yenidən qurulmasına dəstək üçün istifadə olunacaq.
Bu çərçivədə qazancın 90 faizi Avropa Sülh Fondu vasitəsilə Ukraynanın müdafiə və hərbi dəstəyinə, 10 faizi isə ölkənin yenidən qurulması üçün müxtəlif proqramlara köçürüləcək.
Qeyd edək ki, Aİ ölkələri müharibə səbəbindən Rusiya Mərkəzi Bankının təxminən 200 milyard avrosunu dondurub.
Aysu Demokrat.az


