Dünya Özəl

Qəzzada ölənlərin sayı 36 minə yaxınlaşdı

Qəzzada ölənlərin sayı 36 minə yaxınlaşdı

İsrailin 7 oktyabrdan bəri intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında ölənlərin sayı 35 min 647-yə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrailin Qəzza zolağına hücumları 228-ci gündür ki, davam edir:

“Son 24 saat ərzində bölgəyə 5 hücum təşkil edilib. Hücumda 85 nəfər həyatını itirib, 200 nəfər isə yaralanıb.

Bölgədə ümumi can itkisi 35 min 647, yaralıların sayı isə 79 min 852-yə yüksəlib”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova