Gündəm

İran prezidentinin helikopterinin tapıldığı an — VİDEO

İran prezidentinin helikopterinin tapıldığı an — VİDEO

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter qəzadan sonra xilasedicilər tərəfindən aşkarlanıb.

Qəzaya uğrayan helikopterin kadrlarını İranın KİV-ləri dərc ediblər.

Görüntülərdə xilasedicilərdən biri "Ya Hüseyn" deyərək ağlayır və digərlərini də əraziyə çağırır.

Xatırladaq ki, qəzaya uğrayan helikopterdə doqquz nəfər olub və bütün sərnişinlər həyatlarını itiriblər.

D
demokrat.az