Sosial Özəl

“Dünyada baş verən müharibələr və kütləvi iğtişaşlar ekologiyaya ziyan vurur” — İqlimşünas

“Dünyada baş verən müharibələr və kütləvi iğtişaşlar ekologiyaya ziyan vurur” — İqlimşünas

“BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasına əsasən imzalanmış Paris Sazişindən bu günə kimi dünya ölkələri tərəfindən iqlim dəyişikliyi ilə mübarizədə yetəri qədər canlanma yoxdur. Noyabr ayında COP29 konfransına bir çox ölkənin nümayəndəsi gələcək. Düşünürəm ki, bu tədbir iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək”.

Bunu Demokrat.az-a açıqlamasında iqlimşünas Məhərrəm Mehdiyev deyib.

Onun sözlərinə görə, hazırda dünyada baş verən müharibələr və kütləvi iğtişaşlar da ekologiyaya ziyan vurur:

“Bir tərəfdən deyirik karbon qazını azaldaq, digər tərəfdən müharibələr davam edir. Son zamanlar təbiətdə də oyanma var. Vulkanların püskürməsi bunun baris nümunəsidir.

Neçə illərdir ki, müxtəlif istixana qazlarının azaldılması tədbirləri haqqında müzakirələr aparılır. Ümid edirəm ki, bütün təkliflərimiz həyata keçəcək.

Düşünürəm ki, təkcə alternativ enerji ilə bağlı qərarlarla kifayətlənməməliyik. Müəssisələrdə çox sayda layihə və təklifləri həyata keçirmək olar. Bu da karbon qazının azalmasına gətirib çıxaracaq”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az