Dünya

Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirdi

Aİ İran üçün Copernicus peyk görüntü xidmətini aktivləşdirdi

Avropa İttifaq (Aİ) İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib.

APA xəbər verir ki, bu barədə Aİ-nin böhranların idarə olunması üzrə komissarı Janez Lenarcic X hesabında bildirib.

"İranın yardım tələbi ilə İran Prezidenti və xarici işlər nazirinin olduğu bildirilən helikopter qəzası ilə əlaqədar Aİ-nin "CopernicusEMS" - "Copernicus" peyk görüntü xidmətini aktivləşdiririk", - deyə o paylaşımında qeyd edib.

D
demokrat.az