Dünya Özəl

Nazir müavini: ABŞ odla oynadığını başa düşmür

Nazir müavini: ABŞ odla oynadığını başa düşmür

“ABŞ uzun müddətdir Moskva ilə dolayı müharibə vəziyyətində olduğunu və Ukrayna məsələsində odla oynadığını dərk etmir”.

Demokrat.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, vurğulayıb ki, Rusiya ABŞ-yə xəbərdarlıq etməyə davam edir:

“Onlar uzun müddətdir ki, Rusiya Federasiyası ilə dolayı müharibə aparırlar.

Özlərinin geosiyasi ideyalarını təmin etmək üçün onlar nəyəsə yaxınlaşmaq üçün addım atmağa davam edirlər.

Amma bundan sonra baş verənlərə nəzarət etmək və dramatik bir böhranın qarşısını almaq çox çətin olacaq. ABŞ bunu bacara bilməz".

Qeyd edək ki, Ukrayna və Qərb Rusiyanı səbəbsiz müharibə aparmaqda ittiham edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova