190 kq olan dünyanın ən kök oğlanıçəkisinin yarısını itirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, indoneziyalıArya Parmana intensiv pəhriz proqramı və şəxsi məşqçi dəstəyi ilə artıq çəkidən azad olub. O, 90 kq çəki azaldaraq yeni forma alıb.
Bildirilib ki, əvvəllər gündə 5 dəfə yemək yeyən Arya hazırda gündə 3 dəfə düyü, balıq, ət, tərəvəz şorbası yeyir.



