Dünya Özəl

Şotlandiyanın yeni baş naziri məlum oldu

Şotlandiyanın yeni baş naziri məlum oldu

Con Svinni Şotlandiyanın yeni regional baş naziri seçilib.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, Həmzə Yusifin vəzifəsindən istefa verməsindən sonra parlamentdə səsvermə keçirilib.

2000-2004-cü illər arasında keçmiş baş nazirin müavini olan Svinni Holyroodda keçirilən səsvermədə 64 səslə lider olub.

Səsvermədə iştirak edən digər üç namizəd Duqlas Ross 31, Anas Sarvar 22 və Aleks Koul-Hamilton 4 səs toplayıb.

Svinninin sabah İngiltərə kralı III Çarlza sədaqət andı içdikdən sonra vəzifəsinə rəsmən başlayacağı gözlənilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova