Dünya Özəl

Çində yolun çökməsi nəticəsində ölənlərin sayı artdı

Çində yolun çökməsi nəticəsində ölənlərin sayı artdı

Xəbər verdiyimiz kimi, dünən Çinin Quanqdonq əyalətində baş verən torpaq sürüşməsi avtomobil yolunun çökməsinə səbəb olub.

Yerli administrasiyanın məlumatına görə, qəza nəticəsində ölənlərin sayı 48-ə çatıb.

Həmçinin çöküntüdə, 30 nəfərin yaralandığı qeyd edilib.

Qeyd edək ki,magistral yolun çökməsi zamanı 23 avtomobil yararsız hala düşüb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova