Sabah Aralıq dənizinin qərbində küləyin fırtına kimi əsəcəyi gözlənilir.
Demokrat.az xəbər verir ki, bu barədə Avropa Meteorologiya Təşkilatı məlumat yayıb.
Məlumata görə, sabah günorta saatlarından başlayaraq, Aralıq dənizinin qərbində küləyin qərb və şimal-qərbdən 6-8 gücündə fırtına olaraq əsəcəyi təxmin edilir.
Fırtınanın axşam saatlarından sonra zəifləyəcəyi gözlənilir.
Aysu Demokrat.az


